Tibbi xəbərlər
Həftənin bu günü əməliyyat olunmayın -
Tibbi xəbərlər
498

Həftənin bu günü əməliyyat olunmayın - Ölüm riski yüksəkdir

ABŞ, Kanada və Avropada aparılan araşdırmalar göstərir ki, əməliyyat üçün ən təhlükəsiz gün bazar ertəsidir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər cümə günü edilən əməliyyatlarda fəsad və ölüm riskinin daha yüksək olduğunu bildirirlər. Statistikaya görə, həftənin ilk günü əməliyyat olunanların sağ qalma şansı 5 faiz daha yüksəkdir.

40 mindən çox xəstə üzərində aparılan araşdırma göstərib ki, cümə günü əməliyyat olunanlarda risk 5-6 faiz artır. Yalnız ölüm riski baxımından isə bu göstərici 10 faizə çatır.

İsveç alimlərinin özofagus xərçəngi xəstələri üzərində apardığı araşdırmalar da bu nəticəni təsdiqləyib. Almaniyada dəqiq rəqəmlər olmasa da, mütəxəssislər həftəsonu kadr çatışmazlığı və iş yükünün artmasının səhiyyə xidmətlərinin keyfiyyətinə təsir etdiyini bildirirlər. Bu səbəbdən, əməliyyat üçün həftənin ilk günləri daha təhlükəsiz hesab edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun