Kulinariya
Dünyada ən zərərli şorba seçildi -
Kulinariya
713

Dünyada ən zərərli şorba seçildi - Azərbaycanda da yeyilir

Rus mətbəxinin ənənəvi yeməklərindən biri olan "Solyanka" şorbası ekspertlərdən keçərli qiymət almayıb.

E-saglam.az milli.az-a istinadən xəbər verir ki, ukraynalıların və rusların tez-tez istehlak etdikləri, hətta zəngin və qidalı hesab etdikləri şorba əslində bəzi insanlar üçün zəhər hesab edilib.

Mütəxəssislər bildirirlər ki, solyanka şorbasını ət növləri, tərkibindəki çox miqdarda yağ və ədviyyatlar səbəbindən ürək, damar və mədə xəstəlikləri olan insanlar istehlak etməməlidir. Bu ənənəvi yeməyin hətta sağlam insanlar tərəfindən də ölçülü şəkildə istehlak edilməsi tövsiyə edilsə də, yüksək ədviyyatlı olduğuna görə qastrit və ya mədə xorası olanlara heç vaxt tövsiyə edilmir.

Solyanka zeytun, turşu, limon kimi yüksək turşuluqlu turş məhsullarla hazırlandığından mədəaltı vəzi xəstəliyi olanlar üçün də risk yaradır. Bundan əlavə, həddindən artıq istehlak bəzi xroniki xəstəliklərə səbəb ola bilər.

Bu şorba ürək-damar xəstəliklərinə səbəb olsa da, ukraynalılar və ruslar arasında çox məşhurdur və hələ də tez-tez istehlak olunur.

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun