İmkansız ailələrin, xüsusilə xəstəliklə bağlı pensiya alanların dərman vasitələrinə əlçatanlığı təmin edilməlidir.
E-saglam.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, dərmanların keyfiyyəti ilə bağlı da Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb: “Əsas istifadə edilən dərman vasitələrinə əlavə dəyər vergisi ya azaldılsın, ya da dərman vasitələri əlavə dəyər vergisindən azad edilsin”.