Tibbi xəbərlər
Çində 7 yaşlı uşaq dünyada süni ürək transplantasiyası edilən
Tibbi xəbərlər
439

Çində 7 yaşlı uşaq dünyada süni ürək transplantasiyası edilən ən gənc insan oldu

Çində süni ürək transplantasiyası əməliyyatı keçirilən 7 yaşlı uşağın bu əməliyyatı keçirmiş dünyada ən gənc insan olduğu açıqlanıb.

E-saglam.az "Sinxua" agentliyinə istinadən bildirir ki,  genetik və xroniki ürək xəstəliyi olan – ürəyin daimi böyüməsinə və genişlənməsinə səbəb olan dilatasiya kardiomiopatiyası diaqnozu qoyulan uşağa uyğun donor tapmaq mümkün olmayıb. Bu səbəbdən həkimlər 2024-cü ilin may ayında süni ürək transplantasiyasına qərar veriblər.

Ayın əvvəlində aparılan və təxminən beş saat davam edən əməliyyat zamanı uşağa çəkisi 45 qram, diametri isə 2,9 santimetr olan süni ürək yerləşdirilib.

Beləliklə, ağır mərhələdə olan ürək xəstəliyindən əziyyət çəkən 7 yaşlı uşaq süni ürək nəqli edilən dünyada ən gənc insan kimi tarixə düşüb.

Əməliyyatdan bir gün sonra uşağın özbaşına nəfəs almağa başladığı və vəziyyətinin hər keçən gün daha da yaxşılaşdığı həkimlər tərəfindən bildirilib.

Tərcümə: Zəhra Niftiyeva

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun