Xəstəliklər
Bir xəstəlik bitmədən digəri başlayır -
Xəstəliklər
347

Bir xəstəlik bitmədən digəri başlayır - Nə etməli?

Soyuq qış aylarında uşaqlarda yuxarı tənəffüs yolları infeksiyalarının artması ailələri narahat edir. Ən çox qorxulan isə bir virusun səbəb olduğu xəstəlik bitməmiş, digərinin başlamasıdır.

 

E-saglam.az xəbər verir ki, qış mövsümündə virusların, xüsusilə RSV və qripin yayılması artır. Uşaq Yoluxucu Xəstəlikləri Mütəxəssisi Dos. Dr. Manolya Kara bildirir ki, RSV xüsusilə 6 aydan kiçik uşaqlar üçün ciddi tənəffüs yolu infeksiyasıdır. Qrip isə qızdırma, əzələ və oynaq ağrıları, burun tutulması, hətta pnevmoniya kimi ağırlaşmalara səbəb ola bilər.

Uşaq niyə tez-tez xəstələnir?

Uşaqlarda virus infeksiyalarının çoxunun xüsusi müalicəsi yoxdur. Dos. Dr. Kara qeyd edir ki, bu hallarda əsas məqsəd simptomları yüngülləşdirmək və uşağın kliniki sağalmasını təmin etməkdir. Maye qəbulunun artırılması, qızdırma və ağrı üçün uyğun dərmanların istifadəsi, burun tutulmasının aradan qaldırılması əsas müalicə üsullarıdır.

Məktəb və bağça mühitində immun sistemi hələ tam formalaşmamış uşaqlar infeksiyadan sağalmamış yenidən virusla qarşılaşa bilərlər. Bu səbəbdən onlar ildə 6-8 dəfə xəstələnə bilərlər. Ancaq yaş artdıqca immun sistemləri güclənir və infeksiyalara qarşı daha davamlı olurlar.

Hansı virus hansı əlamətləri göstərir?

Rinovirus – Burun tutulması, axması və postnazal damcı.

Paraqrip – Xırıltılı səs və öskürək tutmaları (krup).

Adenovirus – Boğaz ağrısı, faringit, qusma, ishal, göz infeksiyası (konjonktivit).

COVID-19 – Variantdan asılı olaraq dəyişsə də, əsasən boğaz ağrısı, burun tutulması, səs batıqlığı və əzələ ağrıları ilə özünü göstərir.

Güclü immunitet üçün nə etməli?

Dos. Dr. Kara güclü immunitetin xəstəliklərdən qorunmaq və daha sürətli sağalma üçün vacib olduğunu bildirir. Bunun üçün balanslı qidalanma, keyfiyyətli yuxu, tam peyvənd olunmaq və müntəzəm fiziki fəaliyyət tövsiyə olunur. Araşdırmalara görə, fiziki aktivlik koqnitiv bacarıqları artırır, diqqəti gücləndirir və immunitet sistemini dəstəkləyir.

Əl gigiyenası vacibdir

İnfeksiyaların qarşısını almaq üçün əl gigiyenasına ciddi riayət edilməlidir. Uşaqlar tez-tez əl yumağa təşviq edilməlidir. Tualetdən əvvəl və sonra əlləri ən az 40 saniyə yumaq infeksiya riskini azaldır. Valideynlər qripə yoluxmuş uşaqları məktəbə göndərməməyə diqqət etməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun