Çobanyastığının bir çox növləri Azərbaycanda yayılıb.
E-saglam.az bildirir ki, çobanyastığı həlimi sidikqovucudur, laqtoqen təsrinə malikdir və sinir sistemini sakitləşdirir. Çobanyastığı çiçəyini çeynədikdə ağız yaralarına qarşı kömək edir. Çobanyastığı çiçəyinin həlimi ödu qovur, öd kisəsindəki daları çıxardır, yoğun bağırsaq iltihabında və başqa mədə bağırsaq xəstəliklərində müsbət təsir göstərir. Çicəklərin dozası 14 q qədərdir. Çobanyastığı kökü onun çiçəyindən daha təsirlidir. Çobanyastığı çiçəyinin yağını sürtmək soyuq şişləri sovurur və xoraları sağaldır.
Bundan əlavə çobanyastığı çiçəyinin məlhəmi yüksək qızdırmada, titrəmədə və əsmədə çox xeyirlidir. Çobanyastığı çiçəyi həzm prosesini yaxşılaşdırır. Çobanyastığı çiçəyinin 1 xörək qaşığına 200ml su əlavə etmək tövsiyə olunur. Xora xəstəliyində təzə hazırlanmış dəmlənməsini hər səhər içmək lazımdır. Bundan sonra növbə ilə bədənin dörd bir tərəfi üzərində yatmalı ki, dəmləmə bərabər qaydada mədənin selikli qişasına təsir etsin və ağrı kəssin. 15 dəqiqədən sonra xörək yemək lazımdır./tibb.fed.az/