Tibbi xəbərlər
AQTİ sentyabrın 11-dən çatdırılma xidməti göstərən şəxslər üçün təlimlərə başlayır
Tibbi xəbərlər
206

AQTİ sentyabrın 11-dən çatdırılma xidməti göstərən şəxslər üçün təlimlərə başlayır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlimlərə başlayır.

E-saglam.az xəbər verir ki, AQTİ-də peşəkar mütəxəssislər tərəfindən keçiriləcək təlimlərdə iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələr, onların materialı və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat veriləcək.

Həmçinin təlimlərə qatılan şəxslər qida məhsullarının çirklənmə növləri və mənbələri, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılacaq.

Təlimlərin sentyabrın 11-dən etibarən başlanması nəzərdə tutulur.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun