Tibbi xəbərlər
AQTA sədri: "Bu ildən məktəb və bağçalarda qida təhlükəsizliyinin tətbiqinə başlanılacaq"
Tibbi xəbərlər
123

AQTA sədri: "Bu ildən məktəb və bağçalarda qida təhlükəsizliyinin tətbiqinə başlanılacaq"

"Bu ildən etibarən bütün məktəblərdə və uşaq bağçalarında qida təhlükəsizliyinin tətbiqinə başlanılacaq".

E-saglam.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Elm və Təhsil Nazirliyi ilə birgə həmin qurumun tabeliyində olan bütün müəssisələrdə xüsusi təlim və proqramlar həyata keçirəcək:

“Keyfiyyətə nəzarət menecerlərinə xüsusi təlimlər keçiriləcək. Məhsulların daşınması, saxlanılması, satışı təlimlərinə xüsusi nəzarət prinsipləri tətbiq edilir. Düşünürəm ki, bu, gələcəkdə təhsil müəssisələrində qidalanma ilə bağlı meydana çıxan neqativ halların qarşısını alacaq”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun